Nazir: “Ötən dövrdə kurrikuluma əsaslanan 276 adda yeni dərslik və müəllim üçün metodik vəsait hazırlanıb”

Nazir: “Ötən dövrdə kurrikuluma əsaslanan 276 adda yeni dərslik və müəllim üçün metodik vəsait hazırlanıb”
# 05 may 2016 11:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Təhsildə aparılan islahatlar içərisində əsas yeri ümumtəhsil pilləsi üzrə dərsliklərin hazırlanması təşkil edir. Doğrudur, bu istiqamətdə işlərimiz istədiyimiz sürətlə getməsə də, son 3 ildə müəyyən uğurlarımız olub. Bu dövrdə kurrikuluma əsaslanan 276 adda yeni dərslik və müəllim üçün metodik vəsait hazırlanıb”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. O bildirib ki, dərslik hazırlığı sahəsində Təhsil Nazirliyi tərəfindən bir sıra işlər görülüb, qiymətləndirmədə şəffaflığı təmin etmək üçün dərslik layihələri bir-birindən asılı olmayaraq müxtəlif ekspertizalara göndərilib.

Nazir qeyd edib ki, dərslikləri məmurlar yox, bu sahənin mütəxəssisləri, alimləri yazır: “Təəssüf ki, dərslik hazırlığında müəllim qıtlığı hiss edilir. Aydındır ki, dərslik hazırlığına ən yaxşı mütəxəssislər cəlb olunmalıdır. Amma hazırkı sosial-iqtisadi şəraitdə onları yalnız çağırışlarla həvəsləndirmək mümkün deyil. Nazirlik sifariş əsasında ehtiyat dərsliklərin hazırlanması, bu işə ən yaxşı mütəxəssislərin qoşulması təşəbbüsü ilə çıxış edərək müvafiq normativ sənədlərin layihələrini hökumətə və digər aidiyyəti qurumlara təqdim edir. Nazirlik dərslik hazırlığı sahəsində bu il bir yenilik də edib. Belə ki, yeni hazırlanan dərslik layihələrini çapa vermədən öncə nazirliyin internet portalında yerləşdirməklə ictimai müzakirəyə çıxarıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR