Zərdab sakinindən narkotik və silah götürülüb

Zərdab sakinindən narkotik və silah götürülüb
# 19 may 2016 10:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Zərdab rayon sakinindən narkotik və silah götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən rayon sakini Elşən Qədimova məxsus “VAZ-2106” markalı avtomobilə baxış zamanı 458,14 qram marixuana, həmin şəxsə məxsus digər “VAZ-21011” markalı avtomobilə baxış zamanı isə avtomat silahı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR