Opera və Balet Teatrında “Kənd namusu” operası nümayiş olunacaq

Opera və Balet Teatrında “Kənd namusu” operası nümayiş olunacaq
# 11 may 2016 15:00 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mayın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyetro Maskaninin “Kənd namusu” operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa ilk dəfə 1890-cı ildə Romanın “Konstans” teatrında səhnəyə qoyulub.

Tamaşanı almaniyalı dirijor – Qut-İmmlinq Opera festivalının bədii rəhbəri Korneliya fon Kerssenbrok idarə edəcək.

Əsas partiyalardan biri Santutsa rolunu ifa etmək üçün teatrın rəhbərliyi Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti Natalya Pavlenkonu dəvət edib.

Səhnə əsərində teatrın aparıcı solistləri - Azərbaycanın xalq artisti Samir Cəfərov (Turiddu), əməkdar artistlər Səbinə Vahabzadə (Lüçiya), Anton Ferştandt (Alfio) və gənc solist Çinarə Şirin (Lola) də iştirak edəcəklər.

Xormeyster əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR