Bakı-Tbilisi-Qars layihəsinin Türkiyə hissəsində işlərin 87%-i tamamlanıb

Bakı-Tbilisi-Qars layihəsinin Türkiyə hissəsində işlərin 87%-i tamamlanıb
# 27 iyul 2016 09:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsində aparılan işlərin böyük hissəsi tamamlanıb".


"APA-Economics" "Türkiyə" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.

"Texniki işlərə nəzarət edən şəxslərlə mövcud durumu və qarşıda görüləcək işləri müzakirə etdik. Hal-hazırda Qars çayı üzərində tikinti işləri aparılır. Hal-hazırda körpülər üzərində aparılan işlər bitmək üzrədir. Qars çayı üzərindən körpünün tikintisi avqustda bitəcək. Qrafikə nəzər saldıqda məlum olur ki, işlər çox sürətli şəkildə həyata keçirilir", - deyə nazir bildirib.

Ə. Arslan əlavə edib ki, layihənin Türkiyə ərazisində reallaşan hissəsində işlərin 87%-i tamamlanıb: "Bizim hədəfimiz bu ilin sonunda dizellə çalışan ilk lokomotivi yola salmaqdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR