“Unibank” “Albalı Plus” sahiblərinə endirimlərdən yararlanmaq imkanı yaradıb

“Unibank” “Albalı Plus” sahiblərinə endirimlərdən yararlanmaq imkanı yaradıb
# 29 avqust 2016 15:01 (UTC +04:00)

Bakı. APA-Economics. “Unibank”ın keçirdiyi kampaniya çərçivəsində indi “Albalı Plus” debet kartını alanlar, 3 dəfədən çox qənaət etmiş olacaqlar.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu unikal kart hər kəs üçün daha əlçatan olub. “Ən qənaətcil və uğurlu alış-veriş edənlər, endirimlərdən faydalanan insanlardır. Bu, bank məhsullarından istifadə edənlərə də aiddir. “Unibank”ın keçirdiyi kampaniya çərçivəsində “Albalı Plus” debet kartının qiyməti cəmi 3 AZN/USD-dir”, - deyə məlumatda vurğulanıb.

“Albalı Plus” debet kartına sahib olmaq sizə bir çox üstünlüklər verir:

- Hər alış-verişdə xərclədiyiniz vəsaitin 20%-dək hissəsi kart hesabınıza geri qayıdacaq;

- Kartdakı pulunuzu komissiyasız nağdlaşdırırsınız;

- Kartda qalan pulunuza illik 6%-dək depozit gəliri hesablanır;

- Debet kartı istəyinizə görə manat və ya dollar valyutasında sifariş edə bilərsiniz;

- Kartın hansı ödəniş sistemində olmasını seçə bilərsiniz;

- Partnyor və qeyri- partnyor mağazalarda çoxlu endirim və hədiyyələr sizi gözləyir;

- Unibank Mobile əlavəsində “Albali Plus” debetlə etdiyiniz əməliyyatlar sizə “İphone 6S” və digər qiymətli hədiyyələr qazanmaq şansı verir.

“Unibank Mobile” istifadəçiləri arasında keçirilən lotereyanın şərtlərinə görə, hər biri minimum 5 manat olan 3 əməliyyat, iştirakçıya 1 şans qazandırır.

Sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən “Unibank” filialına yaxınlaşmaqla və ya onlayn (http://debet.albali.az/)sifariş verməklə sərfəli “Albali Plus” debet kampaniyasından da faydalanmaq mümkündür.

Kampaniya noyabrın 8-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR