Rusiya Suriyada uçuşların təhlükəsizliyinə dair müqavilə layihəsini ABŞ-a təqdim edib

Rusiya  Suriyada uçuşların təhlükəsizliyinə dair müqavilə layihəsini ABŞ-a təqdim edib
# 14 oktyabr 2015 03:25 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

“Bu ilin oktyabrın 10-da keçirilmiş videokonfrans zamanı əldə edilmiş razılaşmalara uyğun olaraq, Rusiya Müdafiə Nazirliyi Suriyanın hava məkanında əməliyyatlar zamanı uçuşların təhlükəsizliyinə dair Rusiya-ABŞ müqaviləsinin mətnini hazırlayıb”, deyə məlumatda bildirilir.

Məlumata görə, 2015-ci ilin oktyabrın 13-də sənədin layihəsi hərbi-diplomatik kanallarla ABŞ-a təqdim edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatında rusiyalı mütəxəssislərin amerikalı həmkarları ilə növbəti videokonfransı oktyabrın 14-də keçirməyə hazır olduğu qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR