“Mədəniyyət.AZ” jurnalının növbəti sayı işıq üzü görüb

“Mədəniyyət.AZ” jurnalının növbəti sayı işıq üzü görüb
# 25 avqust 2016 09:00 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Mədəniyyət.AZ” jurnalının növbəti sayı işıq üzü görüb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, jurnalda nazirliyin həyata keçirdiyi layihələr, görüşlər haqqında rəsmi gündəmə nəzər salınıb.

Jurnalda teatrlar, muzeylər, sənətkarlar, musiqi irsi, kino və milli rəngkarlığımızın tarixi, Vəli Axundov, Elbəy Rzaquliyev kimi dövlət, elm və sənət xadimləri, Azərbaycanın turizm potensialı haqqında məqalələr yer alıb.

“Daşın daş, insanın qan yaddaşı”, “Ağ ban evlərin həsrəti”, “Ölmək yaşamaqdır”, “Qafqaz caz - 2016” festivalının əks-sədası, “İnsanın keçə biləcəyi ən şərəfli yol”, “Ölülər dirildi , sayalı olsun”, “Səhnənin sehrində”, “Qoqolun qərarı və yaxud “Müfəttişi Bakıda necə qarşıladılar”, “Sakitə Ülvi elə dünya arzulayır ki”, “Türkün ortaq dili – naxışlar”, “Hələ də öyrənilən Cəfər”, “Arxeologiya elmi rəssam təxəyyülündə”, “Fəlsəfə və musiqi vektoru”, “Folklor aşiqi”, “Amsterdam Bakıda”, “Açıq kitabxana aurası”, “Məxməri ünsiyyətin “məxməri axşamları” - bu kimi kulturaloji, humanitar və sənət mövzuları da Mədəniyyət.AZ jurnalının bu sayında yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR