Rejissor Rafiq Dadaşovun 70 illiyi qeyd edilib

Rejissor Rafiq Dadaşovun 70 illiyi qeyd edilib
# 30 avqust 2016 14:02 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor Rafiq Dadaşovun 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə R. Dadaşovun Azərbaycan kinosunun inkişafındakı xidmətlərindən danışılıb, lentə alınmasında iştirak etdiyi ekran əsərləri haqqında məlumat verilib.

Qeyd olunub ki, 1963-cü ildə əmək fəaliyyətinə başlayan Rafiq Dadaşov “Azərbaycanfilm” kinostudiyasında əmək yolu keçib. O, qısa bir vaxt ərzində “Yenilməz batalyon”, “Sən nə üçün susursan?”, “Torpaq. Dəniz. Od. Səma”, “Bir cənub şəhərində” kimi bədii filmlərdə rejissor köməkçisi, “Səmt küləyi”, “1001-ci qastrol”, “Dantenin yubileyi”, “Yarımçıq qalmış serenada”, “Yol əhvalatı”, “Uzun ömrün akkordları”, “Qəm pəncərəsi”, “Ötən ilin son gecəsi” və s. bədii filmlərdə 2-ci rejissor qismində iştirak edib.

Qeyd edək ki, R. Dadaşov 2016-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR