Rusiyanın ABŞ-dakı səfirliyində təhlükəsizlik tədbirləri gücləndirilib

Rusiyanın ABŞ-dakı səfirliyində təhlükəsizlik tədbirləri gücləndirilib
# 30 sentyabr 2016 09:10 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın ABŞ-dakı səfirliyində təhlükəsizlik tədbirləri gücləndirilib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə TASS-a diplomatik nümayəndəlikdən məlumat verilib. “Biz ehtiyat tədbirləri çərçivəsində təhlükəsizlik tədbirlərini gücləndirmişik. Bu, hansısa konkret təhlükə ilə əlaqəli olmayan preventiv tədbirlərdir”, - deyə səfirlikdən bildirilib.


Səfirlik Rusiya vətəndaşlarına potensial təhlükə daşıyan kütləvi yerlərə getməməyi də tövsiyə edib.


Qeyd edək ki, Rusiya XİN də xaricdə yaşayan vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR