“Nizami” stansiyasında təmirə bağlanan eskalator sabahdan istifadəyə verilir

“Nizami” stansiyasında təmirə bağlanan eskalator sabahdan istifadəyə verilir
# 09 fevral 2016 14:44 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Nizami” stansiyasında təmirə bağlanan eskalator sabahdan istifadəyə veriləcək.

Bu barədə “APA-Economics”ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

“10 oktyabr 2015-ci ildən əsaslı təmirə dayandırılan "Nizami" stansiyasındakı 1 saylı eskalator sabahdan sərnişinlərin istifadəsində olacaq”, - deyə N.Paşayev bildirib.

Xatırladaq ki, 2015-ci ilin təmir planına uyğun olaraq, "Nizami" stansiyasının 1 saylı eskalatoru oktyabrın 15-dən əsaslı təmirə dayandırılıb. Bakı Metropolitenində tətbiq edilən müvafiq təlimat qaydasına uyğun olaraq, LT tipli eskalatorlar hər 100 min km yürüş məsafəsindən sonra əsaslı təmir olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR