“Aqrarkredit” dividend üzrə proqnoza əməl etməyib

“Aqrarkredit” dividend üzrə proqnoza əməl etməyib
# 24 may 2016 10:10 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı 2015-ci ilin dövlət büdcəsinə dividend üzrə daxilolmalarla bağlı proqnoza tam əməl etməyib.

APA-Economics” xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.

Belə ki, “Aqrarkredit” QSC dövlət büdcəsinə 130 min manat proqnoza qarşı 108 min manat ödəniş həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR