Rusiyanın Ufa şəhərindəki neftayırma zavodunda yanğın nəticəsində 8 nəfər ölüb

Rusiyanın Ufa şəhərindəki neftayırma zavodunda yanğın nəticəsində 8 nəfər ölüb
# 17 iyul 2016 03:27 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Ufa şəhərində yerləşən “Ufaneftexim” neftayırma zavodunda baş verən yanğın nəticəsində 8 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Başqırdıstanın İstintaq Komitəsindən bildirilib.

Qeyd edək ki, “Başneft” şirkətinə məxsus “Ufaneftexim” neftayırma zavodunda yanğın iyulun 16-na keçən gecə baş verib. Yanğının səbəbləri barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR