17 azərbaycanlı tələbə Çin universitetlərində təhsil alacaq

17 azərbaycanlı tələbə Çin universitetlərində təhsil alacaq
# 09 avqust 2016 10:49 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Çin Xalq Respublikası ali təhsil müəssisələrində 2016-2017-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi başa çatıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycan Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində aparılmış seçimlərin nəticələrinə əsasən, 17 tələbə Çinin “Beijing Normal University”, “University of Science and Technology Beijing”, “Central China Normal University”, “Shanghai University of Finance and Economics”, “Sun Yat-Sen University”, “Harbin Engineering University” və digər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Həmin tələbələr Beynəlxalq münasibətlər, Hüquq, İqtisadiyyat, Kənd təsərrüfatının iqtisadiyyatı və idarəetməsi, Kompüter elmləri və texnologiyaları, Sosial inkişaf və ictimai siyasət, Geologiya mühəndisliyi, Pedaqogika və digər ixtisas istiqamətləri üzrə bakalavriat (3 nəfər), magistratura (12 nəfər) və doktorantura (2 nəfər) səviyyələri üzrə təhsil alacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR