Azərbaycan prezidenti ISESCO-nun baş direktoru ilə görüşüb - YENİLƏNİB

Azərbaycan prezidenti ISESCO-nun baş direktoru ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB
# 29 sentyabr 2016 11:33 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

APA-nın məlumatına görə, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının əhəmiyyətinə toxunan prezident İlham Əliyev Forumun dünyada gedən proseslərə münasibət bildirmək üçün yaxşı platforma olduğunu deyib.

Dövlət başçısı qeyd edib ki, V Bakı Beynəlxalq Humanitar Forumunun gündəliyi zəngindir və burada müzakirə edilən məsələlər əhəmiyyətlidir.

Bu mötəbər tədbirin artıq beşinci dəfədir keçirildiyini deyən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Forumun çox uğurlu olduğunu deyib. Bildirib ki, indiyədək keçirilən forumlarda qəbul edilən qərarlar bütün dünyada böyük nəticələrin əldə olunmasına şərait yaradır.

Görüşdə Azərbaycan, o cümlədən Heydər Əliyev Fondu ilə ISESCO arasında çox uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, bu əməkdaşlığın beynəlxalq səviyyədə önəmi qeyd edilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR