Doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları keçirilir

Doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları keçirilir
# 18 yanvar 2016 15:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu gündən etibarən doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanları keçirilməyə başlayıb. AMEA-dan APA-ya verilən xəbərə görə, 2015-ci ilin sentyabr ayından başlayaraq imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün Tədris-İnnovasiya Mərkəzində (TİM) müxtəlif müddətli kurslar təşkil olunub: “Bu kurslarda informatikanın nəzəri və praktiki əsasları tədris olunmuş, elmi fəaliyyətdə informasiya texnologiyalarından istifadə vərdişləri aşılanıb. Sonra elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilib, burada onlara imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilib”.

Bildirilib ki, 2011-ci ildən Gəncə və Naxçıvanda yaşayan doktorant və dissertantlar TİM-də tədris olunan dərsləri məsafədən dinləyirlər: “Bu ildən həmin bölgələrdə yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə imtahanlar internet üzərindən distant formada həyata keçiriləcək. İmtahan prosesinə mərkəzdə quraşdırılmış video-müşahidə sistemi vasitəsilə nəzarət ediləcək”.

Qeyd olunub ki, bu sessiyada ümumilikdə 600-ə yaxın elmi tədqiqatçının imtahan verəcəyi gözlənilir: “İmtahanlar yanvarın 29-dək davam edəcək”.

Qeyd edək ki, AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyun ayından başlayaraq elektron test üsulu ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR