Aİ Şurasının sədri miqrantlarla bağlı siyasətin dəyişiləcəyini istisna etməyib

Aİ Şurasının sədri miqrantlarla bağlı siyasətin dəyişiləcəyini istisna etməyib
# 04 mart 2016 23:33 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Serbiyanın baş naziri Aleksandr Vuçiç Aİ ölkələrinin miqrantlarla bağlı siyasətinin dəyişiləcəyini istisna etməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya hökumətinin görüşlə bağlı yaydığı məlumatda bildirilir.

“Görüş zamanı Avropanın hazırkı siyasətində miqrantlarla bağlı dəyişikliklərin ediləcəyinin mümkünlüyü qeyd edilib. Serbiyanın baş naziri Aİ sammitində veriləcək birgə qərarlara hörmətlə yanaşacağını bildirib”, - deyə məlumatda bildirilir.

Tusk Belqrada səfəri çərçivəsində Yaxın Şərq və Şimali Afrikadan olan qaçqınlara baş çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR