Rumıniyanın sabiq prezidenti istintaqa cəlb edilib

 Rumıniyanın sabiq prezidenti istintaqa cəlb edilib
# 21 oktyabr 2015 12:25 (UTC +04:00)

Bakı - APA. Rumıniyanın sabiq prezidenti İon İliyesku bəşəriyyət əleyhinə cinayətlərdə ittiham olunur.

APA-nın "RİA Novosti" agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə ölkənin baş prokuroru bəyanat verib. “Cənab İliyesku ona qarşı açılan cinayət işi barədə məlumatlandırılıb”, - deyə o, söyləyib.

Qeyd edək ki, 1990-cu ilin fevral-iyun aylarında sağçı siyasi qruplar və tələbələr kommunistlərin hakimiyyətdən getməsi tələbi ilə Buxarestin mərkəzində düşərgə yaradıblar. Həmin vaxt prezident olan İ. İliyesku iyun ayında müxalifətçilərin üzərinə minlərlə mədənçini göndərməklə üsyanı yatırıb. Üsyançılarla mədənçilərin toqquşması nəticəsində 6 nəfər ölüb, onlarla insan xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR