Peşə liseylərinin şargirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub

Peşə liseylərinin şargirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub
# 14 mart 2016 15:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən martın 13-də respublikanın peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. TQDK-dan APA-ya verilən məlumata görə, nəticələr TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarında Ana dili və Riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil və ya kimya fənnindən 7-dan az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR