Maştağa sakinindən xeyli miaqdarda narkotik götürülüb

Maştağa sakinindən xeyli miaqdarda narkotik götürülüb
# 07 may 2016 10:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda narkotik alverində şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Ağatahir Zəkiyevdən 5,38 qram marixuana götürülüb. Ona məxsus “BMW” markalı avtomobilə baxış zamanı əlavə olaraq 4 kiloqram marixuana, 2 ədəd bıçaq, 1 ədəd taxta dəyənək, həyətyanı sahəsinə baxış zamanı isə 9 ədəd çətənə kolu və 29,75 qram marixuana və elektron tərəzi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR