Bakı-APA. Avro-2016 çərçivəsində Macarıstan-İslandiya matçı başlamazdan əvvəl Marsel stadionunda qarşıdurma baş verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 100-dək macarıstanlı azarkeş digər qrupa qoşulmaq məqsədilə stadionun tribunalarında quraşdırılmış hədləri adlayıblar.
Mühafizəçilərin onlara mane olmaq cəhdi qarşıdurma ilə nəticələnib.
Yayılmış kadrlara əsasən, bəzi azarkeşlər hədləri adlamağa müvəffəq olub.