Oğuzda 11-ci sinif şagirdi təbii qazdan zəhərlənib

Oğuzda 11-ci sinif şagirdi təbii qazdan zəhərlənib
# 29 noyabr 2015 16:38 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov-APA. Oğuzda 11-ci sinif şagirdi təbii qazdan zəhərlənib.

Oğuz Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, rayonun Qumlax kənd sakini, 1999-cu il təvəllüdlü Həcər Azər qızı İsmayılova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, H. İsmayılova qazdan zəhərlənib.

Xəstənin vəziyyəti orta-stabil qiymətləndirilir.

H. İsmayılovanın anasının bildirdiyinə görə, Həcər çaydanı qaz sobasının üstündə qoyandan sonra yuxuya gedib. Çaydanın qaynayıb daşması nəticəsində yanan qaz sönüb və otağa təbii qaz dolub.

H. İsmayılova bunun nəticəsində zəhərlənib.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR