Azərbaycanda istirahət mərkəzində yanğın olub

Azərbaycanda istirahət mərkəzində yanğın olub
# 14 yanvar 2016 14:13 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qax rayonunda fəaliyyət göstərən ailəvi istirahət mərkəzlərindən birində yanğın olub.


APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın rayonun İlisu kəndi ərazisində yerləşən, Mətləb Bayramova məxsus "Eden" ailəvi istirahət mərkəzinin ümumi sahəsi 225 kv/m olan qonaqlıq evində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Yanğın nəticəsində binanın çardaq hissəsinin 16 kv/m-lik sahəsi yanaraq yararsız hala düşüb.

Yanğın zamanı xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərinin qısa qapanması səbəb olub.

Faktla bağlı FHN-nin qax rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR