Lənkəranda Həzi Aslanovun doğum günü qeyd olunub

Lənkəranda Həzi Aslanovun doğum günü qeyd olunub
# 22 yanvar 2016 18:46 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Yanvarın 22-də Böyük Vətən Müharibəsinin qüdrətli sərkərdələrindən biri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru, xalqımızın rəşadətli oğlu Həzi Aslanovun doğum günü münasibətilə Lənkəran şəhərində onun adını daşıyan Xatirə Parkında anım tədbiri keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, yerli icra strukturları rəhbərlərinin, Böyük Vətən Müharibəsi veteranlarının, ümumtəhsil məktəblərin müəllim və şagird kollektivlərinin, ziyalıların, ictimaiyyətin və KİV-ləri nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Qabil Quliyev açıb.

Əvvəlcə qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Q.Quliyev görkəmli sərkərdənin II Dünya Müharibəsində göstərdiyi misilsiz şücaətindən danışaraq, onun keçdiyi şanlı döyüş yolunun gənclərimiz üçün örnək, qəhrəmanlıq məktəbi olduğunu vurğulayıb. Məktəb şagirdlərinin ifasında Həzi Aslanova, şəhidlərə, Vətənə, torpağa həsr olunan şeir və mahnılar səslənib.

Anım mərasimindən sonra Lənkəran məktəbliləri qəhrəmanın ev-muzeyini ziyarət edərək, Həzi Aslanovun şərəfli həyat və rəşadətli döyüş fəaliyyəti ilə yaxından tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR