Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 Yanvar

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 Yanvar
# 28 yanvar 2016 17:20 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Neftin sürətlə bahalaşmasının iki səbəbi var və bu səbəblər iqtisadi deyil, daha çox siyasidir. Rusiya ilə OPEK arasında əməkdaşlıq formulunun tapıldığına dair xəbərlərin hər iki cəbhədən nə təsdiq, nə təkzib olunmaması bazara müsbət təsir göstərib. Tərəflərin danışıqlar masası arxasına əyləşməsi neft hasilatının azaldılması barədə razılıq əldə olunması ehtimalını artırır və neftin bahalaşma trendinə girməsinin əsas səbəbi də bu ehtimaldır. İkinci səbəb də siyasidir, bu ABŞ-la Rusiya arasında dialoqun qurula biləcəyi xəbərləridir. Neft böhranı dönəmində ilk dəfə olaraq Rusiya qara qızılın bahalaşmasına təsir göstərməyə başlayıb və bu imkanı siyasi dialoqa hazır olması ilə ortaya qoyub. Vaşinqtonla Moskva, eləcə də OPEK-lə Moskva arasında dialoq baş tutmaya, yaxud baş tutsa belə, gözlənilən nəticəni verməyə bilər. Bu, tamamilə mümkün və gözləniləndir. Sadəcə birjaların reaksiyası göstərir ki, bazarlar siyasi həll yollarına hamilədir, yaşanan iqtisadi problemlərin siyasi qarşıdurmalardan qaynaqlandığını bilir və öz reaksiyası ilə münaqişələrə yox, inkişafa hə deyir. Birjaların verdiyi mesajı düzgün dəyərləndirmək isə fövqəlgüclərə qalıb.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR