“Barselona” Çempionlar Liqasının ¼ finalına dalbadal 9 dəfə çıxan ilk komanda olub

“Barselona” Çempionlar Liqasının ¼ finalına dalbadal 9 dəfə çıxan ilk komanda olub
# 17 mart 2016 02:13 (UTC +04:00)

Bakı-APA. Çempionlar Liqasının 1/8 finalın matçında “Barselona” Londonun “Arsenal” klubunu məğlub edərək (3:1) turnirin ¼ finalına dalbadal 9 dəfə çıxan ilk komanda olub.

APA-nın məlumatına görə, bununla da İspaniya klubu Çempionlar Liqasının rekordunu yeniləyib.

1/8 final mərhələdə “Barselona”ya uduzaraq Çempionlar Liqasını tərk edən “Arsenal” isə “Real” (Madrid) klubunun antirekordunu (2005-dən 2010-cu ilədək) yeniləyib. Belə ki, Arsen Venqerin yetirmələri dalbadal 6 dəfə 1/8 final mərhələsini adlaya bilməyiblər. Bundan əvvəl “Arsenal”ı Avropanın ən nüfuzlu turnirindən “Barselona” (2010/11), “Milan” (2011/12), “Bavariya” (2012/13, 2013/14) və “Monako” (2014/15) kənarlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR