ABŞ Cənubi Koreyada nüvə silahı yerləşdirmək niyyətində deyil

ABŞ Cənubi Koreyada nüvə silahı yerləşdirmək niyyətində deyil
# 12 yanvar 2016 02:22 (UTC +04:00)

Bakı-APA. ABŞ Cənubi Koreyada yenidən nüvə silahı yerləşdirmək niyyətində deyil.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə rəsmi Vaşinqton nümayəndəsi bildirib.

“Koreya yarımadasına nüvə silahının qaytarılması regionda təhlükəli silahlanma yarışına gətirib çıxara bilər”, deyə ABŞ rəsmisi vurğulayıb.

Eyni zamanda o qeyd edib ki, son hadisələrlə əlaqədar Vaşinqton və Seul Cənubi Koreyanın təhlükəsizliyinin möhkəmləndirilməsi yollarını müzakirə edirlər.

Qeyd edək ki, yanvarın 6-da Koreya Xalq Demokratik Respublikası hidrogen bombasının uğurla sınaqdan keçirdiyini bəyan edib.

Xatırladaq ki, ABŞ nüvə silahını Cənubi Koreyadan 1991-ci ildə çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR