Azərbaycanda yaşayış minimumu artır, ehtiyac meyarı əvvəlki həddə saxlanılır

Azərbaycanda yaşayış minimumu artır, ehtiyac meyarı əvvəlki həddə saxlanılır
# 07 oktyabr 2015 13:30 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üzrə büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Hadı Rəcəbli bildirib.

"Bu il yaşayış minimumu 131 manat təşkil edib, gələn il üçün isə bu rəqəm artaraq 136 manat olacaq. Növbəti ildə ehtiyac meyarı isə bu ildə olduğu kimi saxlanılaraq 105 manat təşkil edəcək", - deyə komitə sədri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR