Azərbaycan Ordusu daha bir əsgərini itirib

Azərbaycan Ordusu daha bir əsgərini itirib
# 07 dekabr 2015 11:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən əsgər Quliyev Adil Ağababa oğlu vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya veriulən məlumata görə, hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat etmiş əsgərin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR