Saatlıda canavarlar şəxsi təsərrüfata hücum edib - VİDEO

Saatlıda canavarlar şəxsi təsərrüfata hücum edib - <span style="color: red;">VİDEO
# 20 oktyabr 2015 13:32 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı - APA. Saatlı rayonunda şəxsi təsərrüfata canavarlar hücum edib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Əbilkənd kəndi ərazisində - Orucov Mehman Bəxtiyar oğlunun təsərrüfatında qeydə alınıb. Gecə saatlarında bir neçə canavar tövlədə olan qoyun-quzuya hücum edərək 24 qoyunu parçalayıb, 6-sını aparıb və 5-ni yaralayıb. Təsərrüfat sahibinə 5 min manatdan çox ziyan dəyib. Ev sahibi canavar ovu qadağan olunduğuna görə onları öldürməyə ehtiyat edib.


Saatlı rayon Baytarlıq Xidməti hadisə yerindən nümunə götürüb və ərazidə dezinfeksiya işləri aparılıb. Ölmüş qoyunlar Baytarlıq Xidməti tərəfindən basdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR