Balakəndə 66 yaşlı qadın intihar edib

Balakəndə 66 yaşlı qadın intihar edib
# 24 avqust 2017 21:26 (UTC +04:00)

Balakəndə 66 yaşlı qadın baş örpəyi ilə özünü ağacdan asıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 18 radələrində rayonun Talalar kənd sakini 1951-ci il təvəllüdlü Məhbulə Həmid qızı Qərzəliyevanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. Dörd övlad anası olan 66 yaşlı Məhbulə Qərzəliyevanın intihar etdiyi məlum olub.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR