Tovuz sakini döyülərək ağır xəsarət alıb

Tovuz sakini döyülərək ağır xəsarət alıb
# 01 noyabr 2017 21:30 (UTC +04:00)

Tovuzda döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1940-ci il təvəllüdlü Məmmədov Həsən Əsgər oğlu kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Məmmədovun dediyinə görə, o yaşadığı evdə tanımadığı şəxslər tərəfindən döyülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR