Birinci Fransa-Azərbaycan iş və karyera sərgisi açılıb

Birinci  Fransa-Azərbaycan iş və karyera sərgisi açılıb
# 15 aprel 2017 13:27 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Və Sənayə Universitetində 1-ci Fransa-Azərbaycan iş və karyera sərgisi açılıb.

APA-nın məlumatına görə, sərgidə Fransa və Azərbaycandan 16 şirkət iştirak edir.

Sərgidən əvvəl keçirilən mətbuat konfransında çıxış edən Fransanın Azərbaycandakı səfiri Ourelia Büşez Azərbaycandan 141 tələbənin Fransada təhsil aldığını və gələcəkdə bu rəqəmin 300 çatacağını deyib. Fransada təhsil alan azərbaycanlı məzunların internet portalının istifadəyə verildiyini deyən səfir hazırda bu tələbələrdən bəzilərinin Azərbaycanın dövlət və digər qurumlarında çalışdığını vurğulayıb. Səfirin qənaətinə görə, bu sərgi Fransa-Azərbaycan şirkətləri ilə azərbaycanlı məzunlar arasında bir ünsiyyət vasitəsinə çevriləcək.

ADNSU-nin rektoru Mustafa Babanlı nəzərə çatdırıb ki, Fransada təhsil alıb Azərbaycana qayıdan məzunların 94 faizi işlə təmin olunub. O nəzərə çatdırıb ki, azərbaycanlı tələbələrin təhsil aldığı Renn və Strasburq universitetlərlin metodikasından ADNSU-da da istifadə olunur. Rektorun sözlərinə görə, artıq Vyetnam, Çin,İraq və Banqladeş rəsmiləri öz tələbələrin Fransa-Azərbaycan universitetin təcrübəsindən yararlanmaq istəyini ifadə ediblər.

"Total" şirkətinin regional direktoru Döni Lömarşal sərginin növbəti illərdə də müvəffəqiyyət qazanacağını deyib.130 ölkədə fəaliyyət göstərən şirkətin tələbələri təqaüd proqramları əsasında təhsil almağa göndərdiyini deyən D.Lömarşal indiyədək 44 azərbaycanlı tələbənin Fransaya göndərildiyini diqqətə çatdırıb. Xaricdə təhsil almış tələbələrin şirkətdə işlə təmin edildiyini deyən D.Lömarşal Azərbaycan höküməti ilə digər layihələr üzrə çalışdığını söyləyib.

Fransa-Azərbaycan Ticarət və Sənayə Palatasanın direktoru Nərminə Səfərova hazırda 21şirkətin palata üzvü olduğunu deyib. Palata üzvlərinin biznes tərəfdaşları, əlaqələrin genişləndirilməsi və müxtəlif sahələrə dair məlumat aldığlnı deyən N.Səfərovanın sözlərinə görə, palata qeyri-neft sektorunun inkişafına əlavə sərmayə cəlb edilməsinə təkan verir.

Sonra tədbir məzunların çıxışları ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR