Süleyman Qasımov: “Xarici kreditlər və istiqrazlar üzrə ödənişlər SOCAR üçün maliyyə çətinliyi yaratmayacaq”

Süleyman Qasımov: “Xarici kreditlər və istiqrazlar üzrə ödənişlər SOCAR üçün maliyyə çətinliyi yaratmayacaq”
# 17 yanvar 2017 11:05 (UTC +04:00)

“Dolların manata nəzərən bahalaşması SOCAR istiqrazları üzrə ödənişlərin həyata keçirilməsində heç bir maliyyə çətinliyi yaratmayacaq.

APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın vitse-presidenti Süleyman Qasımov deyib.

O bildirib ki, SOCAR daxili bazarda satış, eləcə də ixrac gəlirləri hesabına əldə olunan vəsait hesabına istiqrazlar üzrə faizlər ödənilir: “Bizə tapşırıq verilib ki, idxalı ixracla əvəzləyək. Ona görə də idxal olunan təbii qaz Gürcüstana ixrac edilir. İxraca görə əldə olunan vəsait dollar ifadəsindədir. Buna görə də, xarici kreditlər üzrə və istiqrazlar üzrə ödənişlər SOCAR üçün maliyyə çətinliyi yaratmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR