İordan çayının qərb sahilində baş verən toqquşmalarda 2 fələstinli ölüb, 760-ı xəsarət alıb

İordan çayının qərb sahilində baş verən toqquşmalarda 2 fələstinli ölüb, 760-ı xəsarət alıb
# 08 dekabr 2017 20:24 (UTC +04:00)

Bu gün İordan çayının qərb sahilində baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb, 760 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə yerli tibb xidmətinin nümayəndələri bildirib.

“Bu gün iğtişaşlarda iki fələstinli ölüb, daha üçü ağır vəziyyətdədir”, deyə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib. Qızıl Aypara Cəmiyyətindən verilən məlumatda isə bildirilib ki, gün ərzində 760-dən çox fələstinli yaralanıb, onlardan 60-ı güllə yarası alıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü paytaxt kimi tanımasından sonra “Həmas” hərəkatı 8 dekabrı İsrailə qarşı “Qəzəb Cüməsi” elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR