Cənubi Koreya sərhəddə yaşayan əhalini evakuasiya etməyə başlayıb

Cənubi Koreya sərhəddə yaşayan əhalini evakuasiya etməyə başlayıb
# 22 avqust 2015 08:52 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Koreya yarımadasında vəziyyətin gərginləşməsi ilə əlaqədar Cənubi Koreya sərhəddə yerləşən qəsəbələrdə yaşayan insanları evakuasiya etməyə başlayıb. APA-nın “vz.ru”ya istinadən verdiyi məlumata görə, yerdəyişmə ümumilikdə 3,7 min nəfərə şamil olunacaq. KXDR-nın Cənubi Koreyaya verdiyi ultimatumun vaxtı Bakı vaxtı ilə saa 13.30-da bitir və Cənubi Koreya ondan bir saat əvvələ kimi əhalinin yerləşdirməsini başa çatdırmaq niyyətindədir.

Cənubi Koreya hökuməti həlledici addımlar atmaq fikrinə sadiqliyini ifadə edib və sərhəddə quraşdırdığı səsucaldıcıları söndürməkdən imtina edib. Bu ölkə sərhəd qonşusunu silahsızlaşdırılmış zonada 2 Cənubi Koreya əsgərinin ölümünə səbəb olan minanın yerləşdirilməsi məsuliyyətini üzərinə götürməyə çağırıb. “Mavi ev sakitliklə vəziyyəti izləyir və KXDR-nın yeni təxribatına güclü cavab verməyə hazırdır”, -deyə Cənubi Koreya prezidenti administrasiyasının mətbuat katibi deyib.

Amerika generalı Martin Dempsi cənubi koreyalı həmkarları ilə telefon danışığı zamanı onları dəstəkləməyə hazır olduğunu bəyan edib. Hazırda Cənubi Koreyada 28 500 Amerika hərbçisi mövcuddur.

KXDR rəhbərliyi isə bəyan edib ki, hərbsizləşdirilmiş zonada minanın olması ilə heç bir əlaqəsi yoxdur və münaqişənin bu şəkildə alovlandırılmasında ABŞ-ı günahlandırb.

Xatırladaq ki, KXDR Cənubi Koreyadan tələb edib ki, baş qərargahı bütün 48 saat ərzində psixoloji müharibə aparmaq üçün sərhədə gətirilmiş bütün vasitələr, o cümlədən Koreya ordusunun mənəvi və döyüş ruhunu öldürmək üçün quraşdırılmış səsucaldıcılar ləğv olunsun. Əks halda KXDR həbi əməliyyatlara başlayacağın edib. Bu ultimatumun vaxtı isə 22 avqust tarixində Bakı vaxtı ilə saat 13:30-da bitir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR