Kənan Yavuz: “STAR Neft Emalı Zavodunda aparılan inşaat işlərinin 30%-ə yaxını artıq görülüb”

Kənan Yavuz: “STAR Neft Emalı Zavodunda aparılan inşaat işlərinin 30%-ə yaxını artıq görülüb”
# 31 avqust 2015 11:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Türkiyədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus STAR Neft Emalı Zavodunda aparılan inşaat işlərinin 30%-ə yaxını artıq görülüb.

APA-Economics”in məlumatına görə, bunu “SOCAR Türkiyə Enerji A.Ş”-nın rəhbəri Kənan Yavuz jurnalistlərə bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin mart ayında yekunlaşdırmağı və zavodun fəaliyyətə başlanılması nəzərdə tutulur. “Bu günə qədər inşaat işlərinə 2 milyard dollara yaxın vəsait yatırılıb ki, bunun da 300 milyon dolları xarici kredit bankları hesabına həyata keçirilib”.

K. Yavuz deyib ki, hazırda zavodda 3 min nəfərə yaxın işçi çalışır: “2017-ci ilin sonuna qədər STAR neft Emalı Zavodunda çalışan işçilərin sayı 10 min nəfərə qədər artacaq.

O həmçinin vurğulayıb ki, “SOCAR Türkiyə Enerji A.Ş”. 2018-ci ildə Türkiyənin ən böyük ikinci, 2023-ci ildə isə ən böyük sənaye şirkəti olmağı hədəfləyib.

TransAnadolu Qaz Boru Xəttindən (TANAP) danışan şirkət rəhbəri deyib ki, 2008-2018 illər ərzində Türkiyə üçün əhəmiyyətli bir infrastruktur layihəsi olan TANAP ilə birlikdə Türkiyəyə qoyulan investisiyanın məbləği 20 mlrd. dolları keçəcək: “Value-Site” layihəsi çərçivəsində bu günə qədər Petkim yarimadasına qoyulan investisiyaların cəmi 10 milyard dolları keçib və bu gün üçün “SOCAR Türkiyə Enerji A.Ş” Türkiyənin ən böyük xarici investorudur”.

Qeyd edək ki, SOCAR-ın Türkiyədəki investisiya portfeli 20 mlrd. dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR