Naxçıvanda yolu keçən qadını maşın vuraraq öldürüb

Naxçıvanda yolu keçən qadını maşın vuraraq öldürüb
# 25 oktyabr 2017 10:44 (UTC +04:00)

Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 23-də saat 19 radələrində Naxçıvan şəhəri ərazisində Ordubad rayon sakini Kamran İsmayıllı idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Turqayə Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən T.Əliyeva oktyabrın 24-də orada ölüb.

Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR