Ticarət obyektlərində tütün məmulatlarının təsvirinin tam qadağan edilməsi təklif olunur

Ticarət obyektlərində tütün məmulatlarının təsvirinin tam qadağan edilməsi təklif olunur
# 30 yanvar 2017 08:42 (UTC +04:00)

“Ticarət obyektlərindəki siqaret vitrinləri tütün çəkməni təbliğ edir”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Tofiq Musayev deyib.

O bildirib ki, pərakəndə ticarət obyektləri və satış məntəqələrində tütün məmulatlarının görünməsi və hər hansı təsviri tam qadağan edilməlidir.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanda 15 yaşdan yuxarı kişilərin 36 faizi siqaret çəkir: “Siqaret çəkən qadınlar heç 1%-ə çatmır. Kişilərin 77%-i ictimai yerlərdə, qadınların 41%-i isə evdə tütün tüstüsünün təsirinə məruz qalır. 40% faiz siqareti evdə çəkməklə ailə üzvlərinə təhlükə törədir. Qeyd edim ki, ağciyər xərçəngindən ölən 35 yaşdan yuxarı kişilərin 85%-də tütün çəkmə risk amili mövcuddur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR