SOCAR banklardakı vəsaitlərin yarıdan çoxunu dollarda yerləşdirib

SOCAR banklardakı vəsaitlərin yarıdan çoxunu dollarda yerləşdirib
# 07 iyul 2017 10:18 (UTC +04:00)

Ötən il SOCAR-ın banklarda yerləşdirdiyi pul və pul vəsaiti ekvivalentlərinin, o cümlədən depozitlərin həcmi açıqlanıb.

"APA-Economics" SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə ötən il dövlət şirkətinin banklarda yerləşdirdiyi pul vəsaitləri 15% azalaraq 4,163 mlrd. manat təşkil edib.

Hesabatda bildirilir ki, qeyd olunan pul vəsaitinin 2,594 mlrd. manatı ABŞ dolları, 718 mln. manatı Azərbaycan manatı, 378 mln. manatı avro, 249 mln. manatı lirə, 137 mln. manatı İsveçrə frankı, 72 mln. manatı digər valyuta ekvivalentlərindədir. Bundan başqa, şirkətin 15 mln. manat nağd pul vəsaiti var.

Depozitlərə gəlincə, 2016-cı ilin 31 dekabr tarixinə SOCAR-ın bank hesablarında yerləşdirilən depozitlərin həcmi 1,039 mlrd. manat təşkil edib. Qeyd olunan depozit 3 aydan 1 ilə qədər illik 2,5 - 6% olmaqla yerləşdirilib. 2015-ci ildə yerləşdirilən 139 mln. manat həcmində depozit isə illik 1,72 - 2,85% olmaqla 3 aydan 6 aya qədər yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR