“NBC Bank” altı ayda öhdəliklərini 23% artırıb

“NBC Bank” altı ayda öhdəliklərini 23% artırıb
# 10 iyul 2018 09:25 (UTC +04:00)

“NBC Bank”ın aktivlərinin həcmi 2018-ci ilin II rübündə 240,016 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,53% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 52,02% artaraq 193,523 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 11,597 mln. manat olub. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində çəkisi 5,99-ə bərabərdir.

Bankın depozit portfeli hesabat dövrü ərzində 22,8% artaraq 85,238 mln. manata yüksəlib. Hesabat dövründə əhalinin əmanətləri 85,238 mln. manata bərabər olub. Bankın cəmi öhdəliyi 181 mln. manat təşkil edir. Bu, 2017-ci ilin dekabrın 31-i ilə müqayisədə 23% çoxdur.

Bankın məcmu kapitalı 7% artaraq 58,456 mln. manata çatdığı halda,

nizamnamə kapitalı dəyişməyərək 64 mln. manat təşkil edib.

Cari ilin 6 ayı ərzində bankın gəlirləri 9,954 mln. manat, xərcləri isə 8,191 mln. manat təşkil edib.

Qeyd edək ki, “NBC Bank” cari ilin 6 ayını 1,872 mln. manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR