Şabranda avtoyuma məntəqələrindən oğurluq edən şəxslər saxlanılıb

Şabranda avtoyuma məntəqələrindən oğurluq edən şəxslər saxlanılıb
# 09 fevral 2017 16:50 (UTC +04:00)

Şabran rayonunda avtoyuma məntəqələrindən oğurluq edən şəxslər saxlanılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayon sakinləri Mütəllimov Ceyhun Akif oğluna və Quliyev Hacı Rəşid oğluna məxsus avtoyuma məntəqələrindən avadanlıq oğurlanıb.

Şabran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Muradov Amin Əliyoldaş oğlu və Cavadov Cavad Həbibulla oğlu saxlanılıb. Onların avadanlığı Abbasov Rəşad Tofiq oğluna satdıqları məlum olub.

Faktla bağlı araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR