Bakının ən böyük prospektlərindən biri nəqliyyatın hərəkəti üçün bağlanıb

Bakının ən böyük prospektlərindən biri nəqliyyatın hərəkəti üçün bağlanıb
# 17 oktyabr 2016 14:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakının ən böyük prospektlərindən biri nəqliyyatın hərəkəti üçün bağlanıb.

APA-nın məlumatına görə, buna aramsız yağan yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində Ziya Bünyadov prospektində tunellər su ilə dolub. Bu səbəbdən də prospektin böyük bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya Z. Bünyadov prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulması xəbərini təsdiqləyiblər. Bildirilib ki, hava şəraiti ilə əlaqədar Z. Bünyadov prospektinin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Nəticədə prospektdə hər iki istiqamətdə sıxlıq müşahidə olunur. Hazırda aidiyyəti qurumlar nəqliyyatın hərəkətinin bərpa edilməsi istiqamətində zəruri tədbirlər görür.

Agentlikdən həmçinin bildirilib ki, həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR