Türkiyədə hərbi maşın minaya düşüb, 4 əsgər həlak olub, 4-ü yaralanıb

Türkiyədə hərbi maşın minaya düşüb, 4 əsgər həlak olub, 4-ü yaralanıb
# 04 oktyabr 2017 10:01 (UTC +04:00)

Türkiyə ordusunun 4 əsgəri həlak olub, 4 əsgər yaralanıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, hadisə Hakkari rayonunun Yüksəkova qəsəbəsinə bağlı Esendere bölgəsində baş verib.

Əsgərlərin olduğu zirehli maşın yoldan keçərkən PKK terrorçularının öncədən quraşdırdıqları partlayıcı qurğu işə düşüb. Yaralı əsgərlər Yüksəkova Dövlət Xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR