Dövlət Xidməti: Xəzərin Azərbaycan sahilində balıqların tələfatına təsadüf olunmayıb

Dövlət Xidməti: Xəzərin Azərbaycan sahilində balıqların tələfatına təsadüf olunmayıb
# 05 avqust 2015 12:34 (UTC +04:00)

Bunu APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən Rusiyanın Mahaçqala ərazisinin Xəzər sahili sularında balıqların kütləvi tələf olma hallarına münasibət bildirərkən deyiblər.

Məlumatda bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Azərbaycan Respublikasının Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması barədə göstəriş verib: “Eləcə də baytarlıq idarələrinə tapşırılıb ki, ölkəmizin dəniz sahili ərazilərində monitorinq keçirən zaman ərazidə ölmüş və xəstəliyi şübhəli balıqlara rast gəlinərsə, onlardan baytarlıq-sanitariya tələblərinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilsin”.

Qeyd olunub ki, göstərişə uyğun olaraq, Xəzər dənizi sahili rayonların baytarlıq idarələri (Xaçmaz, Şabran və Siyəzən rayon baytarlıq idarələri) qısa zaman kəsiyində nəzarəti tədbirlər həyata keçirib: “Eləcə də Xəzər sularında balıqçılıqla məşğul olanlarla və digər müvafiq qurumlarla əlaqə saxlanılıb. Onu da qeyd etməliyik ki, Mahaçqala ərazisinin Xəzər sahili sularında balıqlarının kütləvi tələfatı ilə əlaqədar Azərbaycan Respublikasına heç bir rəsmi məlumat daxil olmayıb”.

Avqustun 5-də aparılan aktiv nəzarəti tədbirlərin nəticəsi olaraq, Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, Azərbaycan Respublikasının Xəzər dənizi sahillərində hər hansı balığın tələfatına təsadüf olunmayıb və bu ərazilər daim nəzarətdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR