Merkel və Ruhani İranla bağlanmış nüvə sazişini müzakirə ediblər

Merkel və Ruhani İranla bağlanmış nüvə sazişini müzakirə ediblər
# 10 may 2018 23:56 (UTC +04:00)

Almaniya kansleri Angela Merkel və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. APA-nın xəbərinə görə, bu barədə Almaniya Nazirlər Kabinetinin saytında dərc edilmiş məlumatda bildirilir.

“Kansler Angela Merkel İran prezidenti Həsən Ruhani ilə söhbət zamanı qeyd edib ki, İran nüvə sazişi üzrə üzərinə götürdüyü öhdəliklərə sadiq qalanadək Almaniya, Fransa və Böyük Britaniya da sazişi dəstəkləməkdə davam edəcəklər”, - deyə məlumatda bildirilir.

Məlumatda həmçinin bildirilir ki, A.Merkel İranın İsrailə məxsus hərbi obyektlərə hücumunu pisləyib və Tehranı bölgədə gərginliyin aradan qaldırılmasına öz töhfəsini verməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR