Gəncədə 23 yaşlı qız dəm qazından boğulub

Gəncədə 23 yaşlı qız dəm qazından boğulub
# 25 noyabr 2016 09:49 (UTC +04:00)

Gəncə şəhərində bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında 1993-cü il təvəllüdlü şəhər sakini Axundova Yaqut Azər qızının meyiti yaxınları tərəfindən yaşadığı evin vanna otağında tapılıb.

Onun dəm qazından boğularaq öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR