Belarus səfiri Mingəçevirdə olub

Belarus səfiri Mingəçevirdə olub
# 20 dekabr 2016 07:45 (UTC +04:00)

Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç tanışlıq məqsədilə Mingəçevirə səfər edib. APA-nın yerli bürosunun xəbərinə görə, səfiri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə ikitərəfli münasibətlər, bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Səfir şəhərin Heydər Əliyev Mərkəzində, Gənclər evində, Tarix Muzeyində, Sahil parkında və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olub, gördüklərindən məmnunluğunu bildirib: “Bu gün burada gördüyüm gözəl mənzərə, şəhərdəki abadlıq işləri, yeni yaradılacaq sənaye və yüksək texnologiyalar parkları, şəhərin təmizliyi və gözəl havası mənə xoş təəssürat bağışladı”.

Qeyd edək ki, 2012-ci ilin may ayında Mingəçevir şəhərinin ilə Belarusun Polosk şəhəri ilə qardaşlaşması haqqında müqaviləsi imzalanıb. Bu il noyabrın 22-27-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti Polosk şəhərinə səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR