Xocavəndin işğal olunmasının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib

Xocavəndin işğal olunmasının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib
# 02 oktyabr 2017 12:51 (UTC +04:00)

Bu gün Beyləqanda məcburi köçkünlər üçün salınmış Yeni Xocavənd qəsəbəsində Xocavənd rayonunun işğal olunmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbir iştirakçıları qəsəbədə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etdikdən sonra Mədəniyyət evində toplantı təşkil olunub. Mərasimdə hadisənin şahidləri çıxışı edib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

Qeyd edək ki, Xocavənd rayonu 1992-ci il oktyabrın 2-də işğal edilib. 1458 kv.km ərazidə 1 şəhər, 2 şəhər tipli qəsəbə 81 kəndi erməni hərbi birləşmələrinin nəzarəti altına keçib. Xocavənd rayonu uğrunda gedən döyüşlərdə 145 nəfər şəhid olub. İşğal nəticəsində 1723 yaşayış evi, 47 sənaye, 32 səhiyyə, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağılaraq məhv edilib. Ümumilikdə, 1 milyard dollarından çox ziyan vurulub. Hazırda 13 min nəfərədək Xocavənd sakini ölkənin 40-a yaxın şəhər və rayonunda məskunlaşıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR