BSU tədris binasına təbii qazın verilməməsi barədə xəbərlərə münasibət bildirib

BSU tədris binasına təbii qazın verilməməsi barədə xəbərlərə münasibət bildirib
# 19 dekabr 2016 14:35 (UTC +04:00)

Bakı Slavyan Universiteti (BSU) 2 saylı tədris binasına 1 aydan çoxdur təbii qazın verilməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. BSU-nun mətbuat katibi İbrahim Quliyev APA-ya deyib ki, Universitetin 1 və 2 saylı tədris binalarında bütün istilik sistemləri yenilənib, ən yüksək səviyyədə qurulub.

“Sadəcə, yenidən aparılan quraşdırma işlərinə görə müəyyən problem ola bilər” – deyə İ. Quliyev qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə BSU-nun 2 saylı tədris binasına 1 aydan çoxdur təbii qazın verilməməsi ilə bağlı məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR