Azərbaycanda pul bazası artıb

 Azərbaycanda pul bazası artıb
# 02 dekabr 2016 13:22 (UTC +04:00)

Azərbaycanda pul bazası artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, noyabr ayının 1-nə pul bazası 8 mlrd. 792,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə pul bazası 1 mlrd. 437,4 mln. manat və ya 19,54% artıb.

Oktyabrda Azərbaycanda pul bazası 806,9 mln. manat artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR